DUALAR (Azərbaycan dilində) icon

DUALAR (Azərbaycan dilində) APK

559 votes, 4.6/5
  • Author:

    ByGajiyev

  • Latest Version:

    1.3.7.49

  • Publish Date:

    2015-02-25

The description of DUALAR (Azərbaycan dilində)

Ən Gözəl Dualar Azərbaycan dilində tərcüməsi ilə Artıq Android Telefon və Tabletlərinizdə

Siz Bu Proqramda
- Ayətul Kürsü, Fərəc, Kumeyl, Mucir, Təvəssul, Qunut dualari və s olmaq üzrə 50 dən cox dua oxuya bilərsiniz

Quran:
«De:Əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir dəyər verməz, əslində siz təkzib etdiniz və tezliklə (əzab sizə) yaxın olacaq.»
«Və sizin Rəbbiniz dedi: «Məni çağırın, sizə cavab verim. Mənə ibadət etməkdən boyun qaçıran kəslər tezliklə xar olmuş və ahu-zar edə-edə Cəhənnəmə daxil olacaqlar.»
Allahın Peyğəmbəri (s): «Dua ibadətin mayasıdır (şirəsidir) və dua etməklə heç kəs həlak olmaz.»
Allahın Peyğəmbəri (s) : «Dua möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur.»
Allahın Peyğəmbəri (s): «İnsanların ən acizi, dua etməkdə aciz olanıdır.»
Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət duadır. Allah-taala bəndəyə dua izni (və uğuru) verəndə rəhmət qapısını onun üzünə açar. Şübhəsiz ki, dua etməklə heç kəs həlak olmaz.»
İmam Əlinin (ə) İmam Həsənə (ə) vəsiyyətindən: «Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hicab qoymamış və səni bir vasitəçi gətirməyə vadar etməmişdir... Sonra öz xəzinələrinin və sərvətlərinin açarı olan duanı və Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, sən istədiyin vaxt dua etməklə Onun xəzinələrinin qapısını açarsan.»
İmam Əli (ə): «Dua rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır.»
İmam Əli (ə): «Yer üzündə Allahın ən çox sevdiyi iş duadır.»
İmam Əli (ə): «Dua möminin sipəridir.»
İmam Sadiq (ə): «Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası var.»
İmam Sadiq (ə): «Dua et və demə ki, iş işdən keçibdir (yəni, nə yazılıbsa o da olacaqdır). Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olmaz.»
İmam Sadiq (ə): «Dua iti silahdan daha çox təsirlidir.»
İmam Rza (ə): «Peyğəmbərlərin silahından yapışın.!» Soruşdular: «Peyğəmbərlərin silahı nədir?» Buyurdu: «Dua.»

Dua mütləq baş verəcək alın yazısını (qəza və qədəri) dəyişdirər
Allahın Peyğəmbəri (s): «Qəzanı (alın yazısını) duadan başqa heç nə qaytara bilməz.»
İmam Səccad (ə): «Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar.»
İmam Kazim (ə): «Həmişə dua edin. Çünki Allah dərgahına dua edib, Ondan istəmək ilahi qəzavü-qədərdə yazılan və yalnız həyata keçməsi qalan bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha dua olunsa və Ondan istənilsə, Allah-taala bəlanı birdəfəlik geri qaytarar.»

Dua müxtəlif bəlaları uzaqlaşdırar
Allahın Peyğəmbəri (s): «Bəla qapılarını dua ilə bağlayın.»
İmam Əli (ə): «Bəla dalğalarını dua ilə geri qaytarın. Başı bəlalar çəkmiş, bəladan canı boğazına yığılmış şəxsin duaya olan ehtiyacı asudə yaşayan, ancaq bəladan amanda olmayan şəxsdən çox deyil.»
İmam Sadiq (ə): «Hər kəs, ona bəla yetişə biləcəyindən narahat olarsa və bəlanın gəlişindən əvvəl dua edərsə, Allah-taala heç vaxt ona bəla göndərməz.»

Dua ilə hadisələri qabaqlamaq
Quran:
«İnsana bir zərər yetişən zaman, Rəbbinə tərəf üz tutub Onu çağırar. Sonra, Rəbbi tərəfindən Ona bir nemət əta edildikdə, bundan əvvəl etdikləri bütün duaları yaddan çıxarar və (insanları) haqq yolundan azdırmaq üçün Allaha şəriklər qoşar. De: «Hələ öz küfrünlə bir müddət (dünya həyatından) bəhrələn. (Axirətdə) Sən Cəhənnəm əhlindənsən.»
«Yaxud əli hər yerdən üzülüb çarəsiz qalan bir kimsə Onu çağıran zaman duasına cavab verən, çətinliyini aradan götürən və sizi yer üzünün varisləri edən kimdir?. Məgər Allahla yanaşı başqa bir tanrı varmı? Necə də az nəsihət götürürsünüz.»

Çərəkə Cereke Qurani Kərim Mp3 İslam Din Kitab By Gajiyev

Show More
DUALAR (Azərbaycan dilində) APK Version History
Request DUALAR (Azərbaycan dilində) UpdateRequest Update
DUALAR (Azərbaycan dilində) 1.3.7.49 for Android 4.0+ APK Download

Version: 1.3.7.49 (2) for Android 4.0+ (Ice Cream Sandwich, API 14)

Update on: 2015-09-21

Signature: 66994ca292c1a37ea9b827731b20cafe2ab21792 DUALAR (Azərbaycan dilində) 1.3.7.49(2) apk safe verified

APK File SHA1: 560b46d45086f49ef71e842aff2e3d7cf47b8f75

Download APK(14.2 MB)

Popular Apps In Last 24 Hours
Download
APKPure App