We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Sehih Dua Ve Zikrler アイコン

1.0 by islambook


2015年09月21日

このSehih Dua Ve Zikrlerについて

日本語

いつでもどこでも、お使いの端末で何百万もの最新の Android アプリ、ゲーム、音楽、映画、テレビ番組、書籍、雑誌などをお楽しみください。

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

Sələfi Salihin Əqidəsi

SƏHİH DUA VƏ

ZİKİRLƏR KİTABI

Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin

23 Sentyabr 2011-cu İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №DK-717/َQ

TƏHQİQ: MUHƏMMƏD NƏSİRƏDDİN ƏL-ALBANİ

TOPLAYAN VƏ TƏRCÜMƏ EDƏN: K.HÜSEYN

KİTABIN BÜTÜN HAQLARI QORUNUR

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Əziz və çox bağışlayan olan, gecə ilə gündüzü ağıl və bəsirət sahibi kimsələrə ibrət olsun deyə yaradan, Allahı çox zikr (xatırlayan) edən müttəqi və bəşəriyyətin ən xeyirlisi Muhəmmədi səllallahu aleyhi və səlləm doğru yolu göstərən olaraq seçib insanlığa göndərən Allaha həmd olsun.

Bizlərə Allahı çox zikr edərək Cənnətdə uca məqamlara çatmaq üçün irəlidə olmağı xəbər verən Odur. Cənnəti istəyən və Cəhənnəmdən Allaha sığınan hər kəs Onun çağırışına uyaraq Allahı gecə və gündüz xatırlamağa davam etməlidir. Allahın üzərimizdə olan haqqı Onu Tövhid etmək və Allahı çox zikr edən kimsəyə ən gözəl mükafat Cənnət olduqda, heç kimsə Allahı çox zikr edən qədər əcirdə irəli keçməmişdir.

Şükürlər olsun aləmlərin Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi nemətlər sayəsində “Səhih Dua Və Zikrlər” kitabını tərcümə edib toplaya bildik.

Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Allahın bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da şükrə ehtiyacı vardır.

最新バージョン 1.0 の更新情報

Last updated on 2015年09月21日

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

翻訳中...

アプリの追加情報

最終のバージョン

Sehih Dua Ve Zikrler 更新を申請する 1.0

投稿者

Dhan Kristiann Mecaros

Android 要件

Android 2.1+

もっと見る

Sehih Dua Ve Zikrler スクリーンショット

コメントをよみこんでいます...
言語
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
購読完了!
APKPureの購読が完了しました。
APKPureをを購読する
最高のAndroidゲームアプリの最新リリースやニュースやガイドなどの情報にいち早くアクセスすることができます。
いいえ結構です
購読
成功!
ニュースレターを購読しました。