Yasəmən (Əli Amir) icon

Yasəmən (Əli Amir) APK

3 votes, 5.0/5
  • Author:

    kitab-app

  • Latest Version:

    1.1

  • Publish Date:

    2015-10-10

The description of Yasəmən (Əli Amir)

İordaniya Haşimi Krallığının Senat üzvü Əl Sayed Anton Salama 1967-ci il iyulun 4-də çərşənbə gününün səhəri, şəfəq vaxtının qızılı rəngli qısa anlarında evinin pəncərəsindən baxarkən, yorğun, yavaş və çətinliklə hərəkət edən bir dəstə əsgərin yaxınlaşdığını gördü. Paltarları cırıq-sökük və tozlu idi. Senatorürəyində, əlbəttə, bütün gecəni döyüşüblər, dedi. Topların səsini və partlayışları öz qulaqlarıyla eşitmişdi. Top atılmağa başlayan kimi villasının giri­şindəki və salondakı işıqları söndürüb otaqları gəzərək daldalanmağa bir yer axtarmış, amma tapa bilməmişdi. O, gecəyə qədər öz evində sığınacaq axtaracağını heç düşünməmişdi. Arvadı da onun arxasınca düşüb evdə bir ruh kimi gəzirdi. Ona verdiyi, özü yata bilmədiyi zaman içdiyi iki sakitləşdirici həb də işə yaramamışdı. Qadın sakitləşməmiş, yata bilməmiş və səhərlər geyindiyi köhnə paltarıyla saçları dağınıq halda evin içində hərlənirdi. Ona baxdıqda senatorun üzündəiyrənmə və acı­ma ifadəsi yaranırdı.

Əlbəttə, özü də bütün gecəni gözünü qırpmamışdı. Əl Qüdsün taleyi həll olunarkən yatmaq mümkün idimi?..

Show More
Popular Apps In Last 24 Hours
Download
APKPure App