Qurani Kərim (Azərbaycan) icon

Qurani Kərim (Azərbaycan) APK

60 votes, 4.6/5
  • Author:

    ByGajiyev

  • Latest Version:

    1.0.2

  • Publish Date:

    2016-05-29

The description of Qurani Kərim (Azərbaycan)

Qurani Kərim Azərbaycan və Ərəb dillərində və Ərəb Dilində Səsləndirməsi ilə, Proqram Online (internet) və ya Ofline (internetsiz) vəziyyətdə çalışır. Proqram daxili hər hasısa reklam yoxdur.

Qurani-Kərim Allah-Taalanın bəşəriyyəti doğru yola istiqamətləndirmək üçün Öz əziz peyğəmbərlərinə göndərdiyi möcüzələr içərisində əbədilik sifəti ilə vəsf edilən yeganə möcüzədir və insanlar artıq min dörd yüz ildən artıqdır ki, ondan feyz alır, bəhrələnirlər. Allah-Taala Özünün bu müqəddəs, əbədi və həmişəyaşar səma kitabının təhrifdən və bəşəriyyətin nadanlıq və bədbəxtlik müdaxiləsindən amanda qalmasını istəyib və onu qoruyub. Buna görə də, Qurani-Kərim insanların əlində olan yeganə müqəddəs ilahi kitabdır. Bəşəriyyət səadət və xoşbəxtliyin düz və doğru yolunu getmək istəsə ona sığınmalıdır. Maddiyyat aləminin sakini olan insanın ömründən gün keçdikcə və bəşər zehninin məhsulu olan ideoloji məktəblərin rüsvayçılıq təbilləri çalındıqca insanın öz Rəbbinə tərəf dönməsinin və Qurani-Kərimin mənəvi və həmişə açıq olan süfrəsindən bəhrələnməsinin vaxtının çatması daha çox hiss olunur. Buna görə də dünyada hökm sürən bütün bər-bəzəklərə, zorakılıqlara, ləzzətpərəstliyə və əxlaqi məhdudiyyətsizliklərə baxmayaraq, müasir dünyada dinə və mənəviyyata qayıdış bəşəriyyətin fikirini özünə ciddi şəkildə məşğul emiş ən böyük məsələdir. Bu arada Qurani-Kərim təhrifdən uzaq olduğu üçün misilsiz etibar və dəyərə malik olaraq ən yüksək yerdə durur.

Hikmət sahibi olan Allah, göndərdiyi vəhy üçün dillərin ən fəsahətli və bəlağətlisini seçmiş və Qurani-Kərimin aşkar və aydın ərəb dilində nazil etmişdir. Mömin insan Quranda dinin əsas və qolları barəsində olan ilahi maarif xəzinələrini əldə etmək üçün bu dili öyrənərək Qurani-Kərimdən birbaşa bəhrələnməlidir. Lakin bu, Qurani-Kərimin dünyanın işlək dillərinə tərcümə edilməsi ilə ziddiyyət təşkil etmir. Əksinə dillərin çoxluğu, insanların Qurandan tez və rahat bəhrələnmələrinin gərəkliyi və Quran dilinin öyrənilməsinin hamı üçün mümkün olmaması tərcümə işini zəruriləşdirir. Buna görə də Allaha imanı olan alimlər bu işin həyata keçməsi üçün səy göstərməli və insanlara həyat bəxş edən vəhyin sözünü bütün bəşəriyyətə çatdırmalıdırlar.

Quran Azerbaijan

Show More
Qurani Kərim (Azərbaycan) APK Version History
Request Qurani Kərim (Azərbaycan) UpdateRequest Update
Qurani Kərim (Azərbaycan) 1.0.2 for Android 2.2+ APK Download

Version: 1.0.2 (3) for Android 2.2+ (Froyo, API 8)

Update on: 2016-05-31

Signature: 2bfc30d14ed0161055f93d07c3c4035c82521457 Qurani Kərim (Azərbaycan) 1.0.2(3) apk safe verified

APK File SHA1: 114a2eababb62a0f6b35505053a8ce82fd669d74

Download APK(3.7 MB)

Qurani Kərim (Azərbaycan) 1.0.1 for Android 2.2+ APK Download

Version: 1.0.1 (2) for Android 2.2+ (Froyo, API 8)

Update on: 2016-01-10

Signature: 2bfc30d14ed0161055f93d07c3c4035c82521457 Qurani Kərim (Azərbaycan) 1.0.1(2) apk safe verified

APK File SHA1: 3b5819f430c35de65e0920934bce049c987cf7fc

Download APK(3.7 MB)

Popular Apps In Last 24 Hours
Download
APKPure App