Məktəblinin tarix lüğəti icon

Məktəblinin tarix lüğəti APK

72 votes, 4.6/5
  • Author:

    Anbrothers

  • Latest Version:

    1.0

  • Publish Date:

    2016-01-18

The description of Məktəblinin tarix lüğəti

MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ

Müasir tədrisin labüd şərtlərindən biri də lazımi informasiyanı, hər hansı bir məlumatı qısa müddətdə əldə etməkdən ibarətdir. ”Məktəblinin tarix lüğəti” ilk növbədə məktəblilər üçün nəzərdə tutulub, lakin tarix, fəlsəfə, siyasət, ədəbiyyat, mədəniyyət tarixi, bütövlükdə tarixi məfhum və terminlərin rast gəlindiyi humanitar elmlərlə maraqlanan hər bir kəs üçün faydalı ola bilər.
Tarix lüğətinin əhəmiyyəti ondan ibarətdir ki, xarici ölkələrdən fərqli olaraq, bu, Azərbaycan Respublikasında nəşr olunan belə lüğətlərdən birincisidir. Ona görə də bu nəşrdə Azərbaycan tarixinə dair xarici nəşrlərdə olmayan çoxlu məlumatlar vardır. ”Məktəblinin tarix lüğəti”nin hazırlanması zamanı Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş ilkin mənbələrdə, məktəb dərsliklərində, tarixi ədəbiyyatda, müxtəlif mövzulu ensiklopediyalarda və sorğu kitablarında, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi 7 cildlik ”Azərbaycan tarixi”ndə verilmiş külli miqdarda informasiya araşdırılıb öyrənilmiş və yenidən işlənilmişdir.
”Məktəblinin tarix lüğəti”ndə 2000-ə yaxın məqalə (termin) vardır. Bu terminlərdə tarix elminin bütün sahələrinə - mühüm tarixi hadisələrə, tarixi terminlərə, dinlərə, mifologiyaya, incəsənətə və elmə aid, ölkələr, şəhərlər, Azərbaycanın, eləcə də dünya tarixinin görkəmli tarixi şəxsiyyətləri və sülalələri haqqında məlumat verilir. Bu lüğət, şübhəsiz ki, dərsliyin, tarixi və bədii ədəbiyyatın oxunuşunda, televiziya proqramlarına və video-filmlərə baxış zamanı, eləcə də İnternet materiallarından istifadə olunarkən meydana çıxan bir çox sualların cavablandırılmasında yardımçınız olacaq.
Lüğətdəki məqalələrin adları əlifba sırası ilə, əsasən də tək şəklində verilir. Məqalənin əsas adından sonra zəruri hallarda lazım gəldikdə digər adlar, əvvəlki adın sinonimlən, eləcə də yaşanılmış tarix və ya hakimiyyət illəri, əsl ad və soyadları, təxəllüslər, abbreviaturanın açılışı verilir. Başqa dillərdən mənimsənilmiş terminlərə qısa etimoloji arayış verilir. Biblioqrafik məqalələrdə doğum və ya ölüm tarixi məlum olmayan hallarda sual (?) işarəsi qoyulur. Lüğətdə söz əlyazma şəklində (kursivlə) yazıldığı halda iqtibas sistemindən istifadə olunur, məsələn: söz əlifba şəklində yazılıbsa, bu o deməkdir ki, lüğətin müvafiq məqaləsində həmin sözün ətraflı məzmunu (izahatı) verilir. Tarixlər, bir qayda olaraq, yeni stillə göstərilir. Lüğətdə ixtisar olunmuş sözlərdən istifadə edilir. Lüğətdən istifadə olunmasını asanlaşdırmaq məqsədi ilə əsas ixtisarların siyahısı verilmişdir.

Show More
Məktəblinin tarix lüğəti APK Version History
Request Məktəblinin tarix lüğəti UpdateRequest Update
Məktəblinin tarix lüğəti 1.0 for Android 2.3.4+ APK Download

Version: 1.0 (1) for Android 2.3.4+ (Gingerbread MR1, API 10)

Update on: 2016-01-21

Signature: 9ff044391506757d923da73db59ab1e3664f0846 Məktəblinin tarix lüğəti 1.0(1) apk safe verified

APK File SHA1: 84f0ffe2d9534db8270dcbcaddd2f7dba46885a9

Download APK(674.9 KB)

Popular Apps In Last 24 Hours
Download
APKPure App