Kerbelada chaxan bir shimshek icon

Kerbelada chaxan bir shimshek APK

217 votes, 4.7/5
  • Author:

    Alimovla

  • Latest Version:

    4.0

  • Publish Date:

    2015-12-24

The description of Kerbelada chaxan bir shimshek

KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK

DOKTOR MİSBAH YƏZDİ

Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Misbah Yəzdi
Tərcümə edən: Fizuli Şəfiyev
Redaktor: B. Yusifzadə
Çap tarixi: 2000 Qış
Çap növbəsi: Birinci

Əziz oxucular! Qarşınızda olan bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı Məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə, yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mə`nəvi və fikri baxımdan göstərdiyi dərin tə`sirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitabı azərbaycan dilinə çevirib çapa hazırladıq.
Son illərdə bütün milli-mə`nəvi, dini-əqidəvi dəyərlərimiz amansız düşmənlər tərəfindən məqsədyönlü şəkildə dağıdılır; belə bir şəraitdə bu tədbirə qarşı da laqeyid yanaşılmır, hər gün yeni-yeni şübhələr yaymaqla bu misilsiz xalq hərəkatına qarşı da təxribatçılıq işləri aparılır. Əlbəttə, ölkəmizdə yuva qurmuş düşmənlərin, onların siyasətlərini canla-başla həyata keçirən öz xain muzdurlarımızın narahatlığını başa düşmək çətin deyildir. Milyonların qəlbindən, ruhundan süzülüb gələn bir məhəbbətin, bu hisslərdən doğan ümumxalq hərəkatının təbiiliyindən, coşğunluğundan və hərarətindən düşmənlərimiz nəinki qorxmalı və hətta kökslərində məkr və hiylə ilə döyünən ürəkləri belə partlamalıdır...
Sapı özümüzdən olan baltalara tam səmimiyyətlə bir açıqlama:
Qəlbinin və vücudunun meyvəsi olan əziz cavanını əlindən verən bir valideyn bir neçə ildən sonra bu hadisəyə soyuqqanlıqla yanaşdığı bir halda, üstündün 1400 il keçmiş bir hadisənin ildönümü yaxınlaşanda ölkə təlatümə gəlir, yüz minləri, hətta milyonları əhatə edən bir hərəkat yaranır.
Bu barədə nə düşünürsünüz?!
Doğrudanmı bu adi bir hadisədir?! Görəsən bunu özgə bir şeylə əvəz etmək mümkündürmü?!
Müxtəlif biçimli təşkilatlar qurub, bu mərasimə qarşı “qununi mexanizm” hazırlayan mə`murlara:
Sizin özünüzün də mirası olduğunuz mənfur kommunist rejimi 70 il gecə-gündüz bu məqsəd yolunda çalışdı; minlərlə günahsız insanın qanını tökdü; dünyanı lərzəyə gətirəcək topu-tüfəngi ilə hər cinayətə əl atdı. Amma bu xalqın dinini əlindən ala bilmədi; onları İmam Hüseyndən ayırmağı bacarmadı. Nəticədə özü məhv olub, tarixin zibilliklərinə atıldı. İbrət götürün, fikirləşin! Onlar məhv olub aradan getdi, amma bu xalqın adət-ən`ənələri, əqidə və mə`nəviyyatı yaşadı! Unutmayın ki, xalqın qəzəbi Allahın qəzəbi kimidir, coşdusa, onu heç bir qüvvə yatıra bilməz!
Sözümüzü bir neçə qeydlə sona yetiririk:
Əvvəldə qeyd etdiyim kimi, bu kitab müəllifin öz qələmi ilə yazdığı bir əsər deyildir və onun çıxışlarının lent yazılarından köçürülmüşdür. Orjinallığı saxlamaq üçün onun mətninə əl vurulmamış, ədəbi və bədii cəhətdən redaktə olunmamışdır. Yə`qin ki, əziz oxucular qələmlə yazılmış bir əsərlə, şifahi nitq və danışıq əsasında hazırlanmış kitabın hədsiz dərəcədə fərqli olduğunu başa düşər və qarşılaşdıqları bə`zi ifadə və cümlələrin zəifliyinə məhz bu cəhətdən yanaşarlar.
Bu çıxışlar İran İslam Respublikasında keçirilən mərasimlərdə söylənmiş və oranın ictimai mühiti üçün nəzərdə tutulmuşdur. Buna görə də mümkündür ki, bə`zi məsələlər kimlər üçünsə anlaşılmaz görünsün.
Sonda hamınızı bağışlayan və mehriban Rəbbimizə tapşırır, xalqımıza İmam Hüseynin (ə) həqiqi ardıcılı olmaq, bütün çətinliklərini o həzrət kimi fədakarcasına həll etmək müvəffəqiyyəti arzulayıram.

Show More
Kerbelada chaxan bir shimshek APK Version History
Request Kerbelada chaxan bir shimshek UpdateRequest Update
Kerbelada chaxan bir shimshek 4.0 for Android 2.1+ APK Download

Version: 4.0 (4) for Android 2.1+ (Eclair MR1, API 7)

Update on: 2015-12-24

Signature: 03ddc610113160930d36461de3655f461b9d3247 Kerbelada chaxan bir shimshek 4.0(4) apk safe verified

APK File SHA1: 80f3b97faeca8f6e2b923b86e5d0c186d800ad69

Download APK(1.2 MB)

Popular Apps In Last 24 Hours
Download
APKPure App