Günah keçisi (Əli Amir) icon

Günah keçisi (Əli Amir) APK

4 votes, 5.0/5
  • Author:

    kitab-app

  • Latest Version:

    1.1

  • Publish Date:

    2015-10-10

The description of Günah keçisi (Əli Amir)

Karmelə doğru dırmanan avtobus, yolun yarısında ilişdi, özünü topladı və bir təkanla irəli atıldı. Bir ot dənizinin ortasında üzə çıxmış adalar kimi görünən, başdan-ayağa çiçəklərə bürünmüş birmərtəbəli evlər, qıvrılaraq gedən yolun kənarını naxış kimi bəzəyirdi. Eynilə Bağdadda olanda baxdığım, üzərində İsrail təsvir olunmuş rəsmlərdəki kimi idi. Evlər seyrəldikcə, şam ağacları sıxlaşırdı. Hamısı yenicə boy atmış və yamyaşıl idilər, bəzən isə daha solğunu və qocaları rast gəlirdi. Ətrafda xəfif bir yaz küləyi, tərtəmiz hava, meşənin səssizliyi və möhtəşəm sirri hökm sürürdü. Motorun xırıltısı dayanmadan bu səssizliyi yarıb keçirdi. Günəş yolun eniş-yoxuşlarına uyğun olaraq gah görünür, gah gözdən itir, qızılı şüalardan yaranmış bir gül kimi, sanki şam ağacları ilə oynayırdı. Xeyli uzaqlarda üfüq və masmavi dəniz gözə çarpırdı. Tikanlı tellər arasında həbs olunmuş yüzlərlə yamaqlı və uçuq-sökük, torpaq rəngli çadırlardan ibarət “Youth Aliya” (Youth Aliya – 1933-cü ildə yaradılmış, yəhudi uşaqları və gəncləri Üçüncü Reyx nasistlərindən qorumağı qarşısına məqsəd qoyan sionist təşkilat – red.) qaçqın qəbulu düşərgəsi, həyatdan usanmış halda qumsala sərilmiş məğlub əsgərlər ordusuna bənzəyirdi...
Show More
Popular Apps In Last 24 Hours
Download
APKPure App