Fiqhul Əkbər icon

Fiqhul Əkbər APK

37 votes, 4.9/5
  • Author:

    Genc Muslim

  • Latest Version:

    3.0

  • Publish Date:

    2016-08-28

The description of Fiqhul Əkbər

Həmd Allaha məxsusdur. Onun son Peyğəmbəri Həzrəti Muhəmmədə (sallallahu əleyhi və səlləm), onun bütün peyğəmbər qardaşlarına, Əhli-beytinə və səhabələrinə Allahın salavat və salamı olsun!

İslam hüquq və fikir tarixinin ən görkəmli şəxsiyyətlərindən biri kimi tanınan Əbu Hənifə Numan ibn Sabitin əqidəyə həsr edilmiş əsərlərindən olan "əl-Fiqhul-Əkbər" əsəri lakonik ifadələrlə tərtib edilmiş, demək olar ki, bütün ümdə inanc əsaslarının cəmləndiyi mötəbər əsərlərdən biridir. əl-Fiqhul-Əkbər sadəliyi, konkretliyi, elmiliyi və dəqiqliyi baxımından son dərəcə unikal bir kitabdır.

Bu əsərin tərcümə edilməsindən məqsəd tövhid əqidəsi mənsubları olan biz müsəlmanların hal-hazırda ən mühüm məsələsi olan və onların ən çox ehtiyac duyduğu fikri və qəlbi vəhdətin yaranmasında az da olsa paydar olmaq, qarşılıqlı anlayış şüurunun aşılanması, izaha ehtiyac duyulan müəyyən mübahisəli məsələlərə izah gətirmək, müəyyən anlaşılmazlıqlardan qaynaqlanan fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Əsərin tərcüməsindən əlavə qeyd edilmiş izah xarakterli məlumatlar da məhz bu məqsədə xidmət edir.

Tərcümə və şərhlər:

Fizuli Husiyev
Arif Həşimov

Show More
Popular Apps In Last 24 Hours
Download
APKPure App