We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Siddiqeyi-Tahire 2 icono

4.0 by Alimovla


23/02/2016

Acerca del Siddiqeyi-Tahire 2

Español

Siddiqeyi-Tahire xanim Fatimeyi Zehra haqqinda bir kitab

Fatimə

Bu yalnız adi bir addır. Bu lüğəvi qəlibdə, hərf və yazıların bu şəklində - bu hərflər yan-yana düzüldükdə hamısı birlikdə yalnız bir adı təşkil edir. İslama məxsus adı, qadınlığa aid adı, müsəlman qadınlarına xas adı...

Bu ad yalnız adi bir ad kimi xatırlanarsa, burada fövqəladə heç bir şey yoxdur. Onu təşkil edən hərflər – istər tək olsun, istərsə də bütövlükdə - heç bir alilik və müqəddəslik, heç bir qeyri-adi parlaqlıq və hətta heç bir səciyyəvi xüsusiyyət daşımır. Məgər adı Fatimə olan azmı qadın və qızı görmüş, tanımışıq?.. Uşaqlıqda adı ilə çağırılan azmı qadın və qız görmüşük ki, böyüyəndə başdan-başa sürtülmüş Qərbə qərq olmuş ictimai həyatda, Qərbi və qərbliləri özləri üçün nümunə edənlərin məclis və yığıncaqlarında müstəmləkə dünyasının kino ulduzlarının adları ilə çağırılan dost və tanışlarının yanında uşaqlıq zamanının adından – Fatimə adından bezərək bu addan üz döndərmiş və öz adlarını “Fifi” və “Fati” ilə əvəz etmişlər!..

“Fatiməlik” yolundan, “Fatiməlik” adətindən fərsənglərlə uzaqda olan çoxlu elə fırıldaqçılar da olmuşlar ki, sadəlövhləri aldatmaq və İslam cəmiyyətində gözə yaxşı görünmək üçün riyakarlıq və ikiüzlülük edərək Fatimə adına pənah gətirmişlər!.. Və hətta şeytanlar, “pəhləvilər” kimi diktatorlar da öz qızlarına zahirən “Fatimə” adı qoymuş və onları xalqa bu adla tanıtmış, lakin sadəlövh adamlardan uzaq xudmani məclislərində qızlarını başqa adla çağırmış və özlərinin bu riyakarlığı ilə fəxr etmişlər.

Bəli, əgər “Fatimə” adı yalnız bir ad kimi qeyd olunsa, yalnız və yalnız bir neçə adi hərfin birləşməsindən ibarət sadə bir addır, vəssəlam... Lakin bizim İslam mədəniyyətində, onun geniş və ilhamverici aləmində bu ad artıq adi bir ad deyil, müqəddəslik və paklıq camalının aynası, əzəmət pərdəsinin və saflığın inikası, bu dünyanın əvəzsiz müsəlman qadınları üçün bir örnək və nümunədir. Ruh ucalığı və ululuğun, can gözəlliyinin canlı təcəssümüdür. Qaranlıq gecədə parlayan günəşdir, qadın həyatının əzabla, həqarətlə dolu tarixində işıqlı ulduzdur. Bir qızın öz atası üçün fədakarlığının, candan keçməsinin ən yüksək nümunəsidir. Bir qadının öz əri ilə bir yol sahibliyinin, qoşa addımlamanın, həmrəylik və həmdərdliyin nümunəsidir, səbr və dözümün nümunəsidir. Bütün əsrlər və yüzilliklər boyu atasının, rəhbərinin, Peyğəmbərinin ümməti üçün misilsiz bir müsəlman qızının, müsəlman qadınının nümunəsidir! Çalışqan və işgüzar, vəfalı və səliqəli qadının nümunəsidir. İnqilabi mübarizəyə qalxmış qadının nümunəsidir. Qəhrəman qadının, qəhrəman ananın nümunəsidir. Ən əziz və əvəzsiz şəhidləri tərbiyə etmənin nümunəsidir. Bütün tarix boyu, yüzilliklər ərzində, insan varlığının bütün mərhələləri ərzində tarixə şəhidlik şücaətini bəxş etməyin nümunəsidir.

Bütün bunlara görə də bu ad sadə bir ad qəlibindən çıxaraq İslam məktəbi, İslam mədəniyyəti çərçivəsində elə müqəddəs və ali bir ada çevrilir ki, onu yalnız pak bir qəlblə yad etmək, adını yalnız pak bir ağızla dilə gətirmək olar. Bəli, Fatimə əleyhassəlam (Allahın ona salamı olsun)!

İndi isə bu söhbətlər silsiləsindən belə bir qadın (Allahın və Onun pak bəndələrinin ona salamı olsun) haqqında söz açmaq istəyirik. Onun qısa və canlara od salan, lakin səmərəli və parlaq, insansevər və ali həyatından, Allah yolunda və Allah üçün sürdüyü mənalı ömründən bəhs etmək niyyətindəyik.

Novedades de Última Versión 4.0

Last updated on 23/02/2016

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Traductorio...

Información Adicional de Aplicación

Última Versión

Solicitar Siddiqeyi-Tahire 2 Actualización 4.0

Presentado por

Mauricio Xavier Cubillos Vilches

Requisitos

Android 2.1+

Mostrar más

Siddiqeyi-Tahire 2 Capturas de pantalla

Comentario Cargando...
Idiomas
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Suscrito con éxito!
Ahora estás suscrito a APKPure.
Suscríbete a APKPure
Sé el primero en obtener acceso al lanzamiento anticipado, noticias y guías de los mejores juegos y aplicaciones de Android.
No, gracias
Suscribirme
¡Éxito!
Ya estás suscrito a nuestro boletín electrónico.