Ana ürəyi (Seymur Baycan) icon

Ana ürəyi (Seymur Baycan) APK

4 votes, 5.0/5
  • Author:

    kitab-app

  • Latest Version:

    1.1

  • Publish Date:

    2015-10-10

The description of Ana ürəyi (Seymur Baycan)

Onunla universitetin kitabxanasında tanış oldum. Mən kitabxanadan çıxırdım, o, kitabxanaya girirdi. Qapının ağzında möhkəm toqquşduq. Deyəsən, ikimizdə tələsirdik. Qucağımızdakı kitablar yerə töküldü. Eyni vaxtda ikimiz də yerə əyildik. Paltarının ətəyi mənə toxundu. Bu təmas, qızın nəfəsi qəlbimin dərinliklərinə nüfuz etdi. Onun uzun, hamar saçlarından bir neçə şıltaq tel ayrılıb taleyin əmri ilə mənim köynəyimin düyməsinə dolaşdı. Nə dərəcədə həyəcanlı olduğumu demək yəqin ki, artıqdır. Əllərim əsir, ürəyim şiddətlə döyünür, yanaqlarım və qulaqlarım od tutub yanırdı. Buna baxmayaraq, o həyəcanlı dəqiqələrdə qızın hansı kitabları oxuduğunu da görə bildim. Yerə tökülmüş kitabların arasında Hötenin “Gənc Verterin iztirabları” əsərinin yeni nəşr olunmuş nüsxəsi var idi. Bu kitabı görməklə həyəcanım daha da artdı. Nəhayət ki, mən romantik bir qıza rast gəlmişdim. O mənə çox yaxın dayanmışdı. Nəfəsi sifətimə toxunurdu. Mən onun dərisinin, saçının qoxusunu hiss edir, ürəyinin döyüntüsünü eşidirdim. Hər ikimiz bir-birimizə “lütfən bağışlayın, çox-çox üzr istəyirəm” deyə-deyə, kitabları yerdən götürürdük. Qız məndən daha tez ayağa qalxdı. Bu zaman köynəyimin düymələrinə dolaşmış saçları dartıldı. Xəfif, amma gözlənilməz ağrıdan onun sifətində elə gözəl ifadə yarandı ki, mən bu gözəllik qarşısında az qala huşumu itirəcəkdim. Elə bil yuxu görürdüm. Yox, heç yuxuda da ağlıma gəlməzdi ki, “Gənc Verterin iztirabları” əsərini oxuyan bir qızın nəfəsi mənə toxunacaq, onun saçları köynəyimin düyməsinə dolaşacaq. Mən o vaxta qədər heç bir qadınla bu qədər yaxın olmamışdım. Bu o deməkdir ki, mən qadınlarla heç danışmaq qaydasını da bilmirəm. Gəncliyimin ən enerjili illərini xəyallar qurmaqla keçirirdim. Ancaq bir arzuyla yaşamışam, bəlkə, nəhayət, mənim də bəxtimə bir qadın düşəcək. Bu arzuyla yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!
Show More
Popular Apps In Last 24 Hours
Download
APKPure App